Azərbaycanın əməkdar mühəndisi vəfat edib

Azərbaycanın əməkdar mühəndisi vəfat edib Yusif Qazıyev vəfat edənə qədər “Azdövsutəslayihə” İnstitutunun baş mühəndisi vəzifəsində çalışıb
Hadisə
8 Avqust , 2017 09:44
Azərbaycanın əməkdar mühəndisi vəfat edib

Bakı. 8 avqust. REPORT.AZ/ “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin “Azdövsutəslayihə” İnstitutunun baş mühəndisi, əməkdar mühəndis Yusif Qazıyev vəfat edib.

“Report” xəbər verir ki, Y.Qazıyev 2008-ci ildən vəfat edənə qədər “Azdövsutəslayihə” İnstitutunun baş mühəndisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Qaziyev Yusif Cəbrayıl oğlu 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi