Azərbaycanın dövlət sərhədini qanunsuz keçməyə cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıb

Azərbaycanın dövlət sərhədini qanunsuz keçməyə cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıb Saxlanılan şəxslərdən birinin üzərindən narkotik vasitə də aşkarlanıb
Hadisə
19 Noyabr , 2014 13:18
Azərbaycanın dövlət sərhədini qanunsuz keçməyə cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanın dövlət sərhədini qanunsuz keçməyə cəhd edən əcnəbi vətəndaşlar saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsi (RPŞ) və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı şəhərində dövlət sərhədini qanunsuz olaraq keçən Türkiyə vətəndaşı Yaman Gokan, Əfqanıstan vətəndaşları Məhəmməd Sərvəri, Zəhra Bəyat və Əli Rza tutulub.

Həmçinin, Masallı RPŞ və DSX əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Masallı şəhərində İran İslam Respublikası vətəndaşı Seyid Abbas Musəvi Cəfəri Seyid İsmayıl oğlu dövlət sərhədini qanunsuz keçdiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 3 qram tiryək, 250 qram marixuana və 1 ədəd kompas aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi