Azərbaycanın dövlət sərhədini pozan İran vətəndaşlarından silah və narkotik maddə aşkarlanıb

Azərbaycanın dövlət sərhədini pozan İran vətəndaşlarından silah və narkotik maddə aşkarlanıb Bakı. 26 iyul. REPORT.AZ/ İyulun 24-də saat 23:30 radələrində Xəzər dənizinin Azər­baycana mənsub olan bölməsinin cənub isitiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən İran İslam Res­­publikası tərəfdən Azərbaycanın dövlət sərhədini pozaraq şimal isitiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub.
Hadisə
26 İyul , 2018 11:48
Azərbaycanın dövlət sərhədini pozan İran vətəndaşlarından silah və narkotik maddə aşkarlanıb
dsx.gov.az
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ İyulun 24-də saat 23:30 radələrində Xəzər dənizinin Azər­baycana mənsub olan bölməsinin cənub isitiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən İran İslam Res­­publikası tərəfdən Azərbaycanın dövlət sərhədini pozaraq şimal isitiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Report"a verilən məlumata görə, sərhəd gözətçi gəmisi tərəfindən hədəfin saxlanılması üçün təxirə­salın­maz tədbirlər həyata keçiril­ib, hədəfin “Yamaha-200” mühərrikli “Layner” tipli qayıq olması müəyyən edilərək 3 saat ərzində təqib edilib və saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqa­mə­tində saxla­nılıb. 

Saxlanılan qayığa və qayıqda olan İran İslam Respublikasının və­tən­daşları – 1989-cu il təvəllüdlü Ramazani Omid Nirəc və Rəhimpur Rza Beh­rac oğlunun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar olunub.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi