Azərbaycanın dövlət sərhədini pozan 38 nəfər saxla­nılıb

Azərbaycanın dövlət sərhədini pozan 38 nəfər saxla­nılıb Hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 244 nəfər tutulub
Hadisə
7 May , 2015 10:10
Azərbaycanın dövlət sərhədini pozan 38 nəfər saxla­nılıb

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları bu ilin aprel ayı ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 38 nəfəri saxlayıb. Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

On­ların 24 nəfəri Azərbaycan Respublikası, 6 nəfəri İran İslam Respublikası, 3 nəfəri Öz­bəkistan, 2 nəfəri Rusiya, hər ölkədən bir nəfər olmaqla Tacikistan, Gürcüstan və Uk­rayna vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər də­ni­zin­də 12 halda 21 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respubli­ka­sı­nın­ hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 244 nəfər aşkarlanaraq aidiy­yə­ti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəti­cə­sin­də 20 halda 27 kiloqram 276,8 qram narkotik maddənin dövlət sərhədindən keçi­ril­­məsinin qarşısı alınıb.

Ay ərzində qaçaqmalçılıq fəaliyyətilə məşğul olan dörd cinayətkar dəstə zə­rər­siz­ləşdirilib, dəstə üzvlərindən səkkiz nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq ba­rələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-ax­tarış və istintaq tədbirləri davam etdirilir.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata ke­çi­rilən təd­bir­lər nəticəsində 60 halda ümumi dəyəri təqribən 551 min manat olan qaçaq­ma­lın, o cüm­lədən 2 ədəd 9 milli metrlik patron, 1 ədəd beş­bar­maq, 1 ədəd bıçaq, 1 ədəd optik ni­şangah, 3 700 ABŞ dolları, 270 000 RF rub­lu, 11 000 AZN, 539 000 İİR rialı, 21 baş iri buynuzlu hey­van, 3 baş at, 2 ədəd zinət əşyası, 3285 qutu siqaret, 13 ədəd mo­bil telefon, 180 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 2 500 metr tor, 4 ədəd qayıq, 1 ədəd mühərrik, 4 000 ədəd qarmaq, 15 716 ədəd müxtəlif dərman pre­pa­rat­­ları, 3 000 ədəd dini kitab və digər istehlak malları saxlanılıb.

"Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində təd­birlər da­vam etdirilir", - DSX-nin məlumatında bildirilib.

Son xəbərlər

Orphus sistemi