Azərbaycanın dövlət qurumu mobil operator şirkətindən 752 min manat tələb edir

Azərbaycanın dövlət qurumu mobil operator şirkətindən 752 min manat tələb edir "Aztelekom" İstehsalat Birliyi "Bakcell LTD" Məhdud Məsuliyyətli Cəmiyyətini məhkəməyə verib
Hadisə
10 Oktyabr , 2015 16:15
Azərbaycanın dövlət qurumu mobil operator şirkətindən 752 min manat tələb edir

Bakı. 10 oktyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi "Bakcell LTD" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

"Report”un məlumatına görə, "Aztelekom" MMC-yə qarşı 752 140.07 manat zərərin alınması barədə tələb irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Aztelekom" 1992-ci ilin avqust ayında yaradılıb.

1994-cü ildə təsis edilən "Bakcell" isə Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir.

Son xəbərlər

Orphus sistemi