Yuxarı

Azərbaycanın dörd rayonunda hektarlarla sahə yanıb

Masallı, Cəlilabad, Ağdaş və Şəki rayonlarında ötən gün yanğın hadisələri qeydə alınıb

Bakı. 27 İyun. REPORT.AZ/ Masallı, Cəlilabad, Ağdaş və Şəki rayonlarında ötən gün hektarlarla sahə yanıb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Masallı rayonunun Təklə kəndində bələdiyyəyə məxsus ərazidə 25 ha sahədə kol-kos və 50 ha sahədə biçilmiş taxıl sahəsi yanmşb. Yaxınlıqda olan biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Cəlilabad rayonununda isə iki yanğın hadisəsi qeydə alınıb.

Belə ki, rayonda bələdiyyəyə məxsus 450 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqda olan biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Günəşli kəndində isə bələdiyyəyə məxsus 10 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Şəki rayonunun Şəki kəndində də yanğın baş verib. Bələdiyyəyə məxsus ərazidə 40 ha biçilmiş taxıl sahəsi, dağlıq ərazidə 15 ha quru ot və 10 ədəd şpal yanıb. 

Ağdaş rayonunun Ağcayazı kəndində isə bələdiyyəyə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi