Dünən Azərbaycanın daxili işlər orqanları tərəfindən 72 cinayət faktı qeydə alınıb

Dünən Azərbaycanın daxili işlər orqanları tərəfindən 72 cinayət faktı qeydə alınıb Avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Hadisə
136
31 Yanvar , 2015 16:14
Dünən Azərbaycanın daxili işlər orqanları tərəfindən 72 cinayət faktı qeydə alınıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Ötən gün Azərbaycanın daxili işlər orqanları tərəfindən 72 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 35 nəfər tutulub.

Son xəbərlər

Orphus sistemi