Yuxarı

Azərbaycanın cənub bölgəsində ardıcıl üçüncü dəfə zəlzələ olub

Azərbaycanın cənub bölgəsində ardıcıl üçüncü dəfə zəlzələ olub

117

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanın cənub bölgəsində ardıcıl üçüncü dəfə zəlzələ olub. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:04:03-də Lerikdə - Lənkəran stansiyasından 12 kilometr cənub-qərbdə  qeydə alınıb.

Maqnitudası 3,1, dərinliyi 12 kilometr olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bundan əvvəl Lerik rayonunda 5,1 və 3,7 maqnitudada yeraltı təkanlar qeydə alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi