Azərbaycanın Cənub bölgəsində 4 bal gücündə zəlzələ olub

Azərbaycanın Cənub bölgəsində 4 bal gücündə zəlzələ olub Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss edilib
Hadisə
29 Dekabr , 2016 17:36
Azərbaycanın Cənub bölgəsində 4 bal gücündə zəlzələ olub

Bakı. 29 dekabr. REPORT.AZ/ Lerik rayonunda zəlzələ olub. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla saat 17:01:51-də Lənkarandan 16 km qərbdə Lerik rayonu ərazisində qeydə alınıb.

Maqnitudası 4, dərinliyi 13 km olan zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.

Son xəbərlər

Orphus sistemi