Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda saxlanılıb

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda saxlanılıb Gürcüstanda Azərbaycan vətəndaşı Avtandil Məmmədov saxlanılıb.
Hadisə
17 İyun , 2019 16:50
Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda saxlanılıb

Gürcüstanda Azərbaycan vətəndaşı Avtandil Məmmədov saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, A.Məmmədov Azərbaycan tərəfindən “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilib. Saxlanılan şəxs Azərbaycanda dələduzluqda ittiham olunur.

A.Məmmədov bu gün Marneuli rayonunun Rustaveli küçəsində saxlanılıb.

Məlumatda qeyd olunub ki, A.Məmmədov 2017-ci ildə Gürcüstanda sığınacaq almaqla bağlı müraciət edib, lakin onun müracəti təmin olunmayıb. A.Məmmədov bu qərardan məhkəməyə şikayət edib və hazırda iş üzrə məhkəmə prosesi davam edir.

Qanunvericiliyə əsasən, məhkəmə prosesi başa çatmayana qədər A.Məmmədovun Gürcüstandan Azərbaycana ekstradisiyası mümkün olmayacaq. 

Son xəbərlər

Orphus sistemi