Azərbaycanın 3 rayonunda silahlı insident baş verib, iki nəfər ölüb

Azərbaycanın 3 rayonunda silahlı insident baş verib, iki nəfər ölüb Hər 3 faktla bağlı araşdırmalar aparılır
Hadisə
18 Dekabr , 2014 12:59
Azərbaycanın 3 rayonunda silahlı insident baş verib, iki nəfər ölüb
Bakı. 18 dekabr. REPORT.AZ/ Mingəçevir, Bərdə və İmişli rayonlarında silahlı insident baş verib, iki nəfər ölüb.  "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Mingəçevir şəhərində Kür çayının sahilində ovla məşğul olan şəhər sakini Elxan Bayramov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəş həmyerlisi Hümbət Maşıyevə dəyib. Xəstəxanaya yerləşdirilən H.Maşıyev ölüb. Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən E.Bayramovdan ov tüfəngi götürülüb.  Araşdırmalar aparılır.

İmişli rayonunda da eyni hadisə baş verib. Dekabrın 17-də İmişli rayonunun Məmmədli kəndindəki Şərbət-Qobu gölünün yaxınlığında ovla məşğul olan Bakı şəhər sakini Akif Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəş kənd sakini Hamlet Allahverdiyevə dəyib və o, hadisə yerində ölüb. İmişli RPŞ əməkdaşları tərəfindən A.Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb. 

Bərdə rayonu Məmmədli kəndində rayon sakini Tarıyel Əliyev ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd nömrəsi silinən ov tüfəngi götürülüb.

Hər 3 faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi