Azərbaycandan Rusiyaya pendir məhsulu aparılmasının qarşısı alınıb

Azərbaycandan Rusiyaya pendir məhsulu aparılmasının qarşısı alınıb Faktla bağlı akt tərtib olunub
Hadisə
5 Noyabr , 2016 19:48
Azərbaycandan Rusiyaya pendir məhsulu aparılmasının qarşısı alınıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Rusiya-Azərbaycan sərhədinin "Yaraq-Qazmalar" buraxılış məntəqəsində Azərbaycandan aparılan pendir məhsulu saxlanılıb.

"Report" "Daqestanskaya Pravda"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin Dağıstan üzrə İdarəsinin məlumatında bildirilir.

Z.A.Mehdiyev tərəfindən aparılan 36 kq. pendir məhsulunun baytarlıq qoşma sənədləri olmayıb.

Faktla bağlı nəzarət altında olan yükün daşınması zamanı baytarlıq-sanitar qaydalarının pozulmasına dair akt tərtib olunub, yük isə Azərbaycan Respublikası ərazisinə qaytarılıb.

Son xəbərlər

Orphus sistemi