Yuxarı
    Bağlamaq

    ​Azərbaycandan Rusiyaya aparılan zərərli məhsulun qarşısı alınıb

    Məhsullarda insan orqanizmi üçün təhlükəli maddələr aşkar edilib

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin əməkdaşları qadağan olunmuş 55 ton məhsulun ölkəyə gətirilməsinin qarşısını alıblar.

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, ümumilikdə 19 ton alma, 20 ton tütün, 10 ton nar və 6 ton xurma sərhəddə saxlanılıb.

    Məhsulların saxlanmasına onlarda insan sağlamlığı üçün təhlükəli maddələrin mövcudluğu səbəb gətirilib.

    Məhsulun bir hissəsi Azərbaycandan aparılıb. Rusiya Federasiyası qanunlarına əsasən, bütün yüklər gətirilən ölkələrə geri qaytarılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi