​Azərbaycandan Rusiyaya 17 ton alça və şaftalının idxalına qadağa qoyulub

​Azərbaycandan Rusiyaya 17 ton alça və şaftalının idxalına qadağa qoyulub Məhsulda şərq alma qurdu aşkar edilib
Hadisə
19 İyul , 2016 00:12
​Azərbaycandan Rusiyaya 17 ton alça və şaftalının idxalına qadağa qoyulub

Bakı. 19 iyul. REPORT.AZ/ Rusiya-Azərbaycan sərhədinin Yaraq-Qazmalar buraxılış məntəqəsində Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin müfəttişləri Azərbaycandan daxil olan 5 min 100 kq. şaftalı və 12 min 500 kq. alçanın idxalına icazə verməyiblər.

"Report" xəbər verir ki, yükün saxlanılmasına Ümumrusiya Bitkilərin Karantin Mərkəzinin Dağıstan filialının qərarı səbəb olub.

İdarə məhsulda zərərli obyektin - şərq alma qurdunun (GrapholihamolestaBusck) aşkar edilməsi faktını təsdiq edib.

Yük sahibi "Bitkilərin karantini haqqında" qanunun 15-ci maddəsini pozub və inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi