Azərbaycandan Qazaxıstana aparılan heyvanlar arasında oğruluq atlar aşkar olunub

Azərbaycandan Qazaxıstana aparılan heyvanlar arasında oğruluq atlar aşkar olunub Cəlilabad. 22 fevral. REPORT.AZ/ Azərbaycandan Qazaxıstana aparılan atlar arasında oğruluq atlar aşkar olunub. 
Hadisə
22 Fevral , 2018 12:40
Azərbaycandan Qazaxıstana aparılan heyvanlar arasında oğruluq atlar aşkar olunub
Report

Cəlilabad. 22 fevral. REPORT.AZ/ Azərbaycandan Qazaxıstana aparılan atlar arasında oğruluq atlar aşkar olunub. 

“Report”un Aran bürosu xəbər verir ki, Ələt-Astara magistaralının Cəlilabad rayonundan keçən hissəsində hərəkət edən atla dolu “Kamaz” markalı yük maşını şübhə doğurduğu üçün saxlanılıb. Daha sonra polis bir müddət əvvəl atların oğurlanması ilə bağlı şöbəyə ərizə ilə müraciət etmiş şəxslərə məlumat verib. Məlum olub ki, müxtəlif vaxtlarda həyətyanı və örüş sahəsindən oğurlanmış 3 rayon sakininin atı bunların arasındadır.

Əlliyə yaxın atı Qazaxıstana aparmaq istəyən şəxslər polisə bildiriblər ki, bütün heyvanları Masallı rayonunda ayrı-ayrı şəxslərdən pul müqabilində alıblar və heyvanların arasında oğurluq atların olmasından xəbərləri yoxdur.

Hazırda polis heyvanları oğurlayaraq öz malları adı altında satmış şəxslərin tapılması istiqamətində araşdırmaları davam etdirir. 

Son xəbərlər

Orphus sistemi