Azərbaycandan qanunsuz valyuta çıxarılmasının qarşısı alınıb

Azərbaycandan qanunsuz valyuta çıxarılmasının qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Aprel , 2017 10:03
Azərbaycandan qanunsuz valyuta çıxarılmasının qarşısı alınıb
Courtesy İmage

Bakı. 4 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Dubay aviareysilə getmək istəyən Azərbaycan vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

Vətəndaş saxlanılıb və onun əl çantası yoxlanılıb. Nəticədə, çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 500 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 50 min ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi