Yuxarı
    Bağlamaq

    Azərbaycandan qanunsuz qızıl çıxarmaq istəyən İsrail vətəndaşı saxlanılıb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 9 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə zərgərlik məmulatının ölkə ərazisindən qanunsuz yolla aparılması barədə daxil olan məlumata əsasən, Bakı-Tel-Əviv aviareysilə getmək istəyən İsrail vətəndaşı təyyarəyə minərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

    Yoxlama zamanı vətəndaşın sinəsində yerləşdirdiyi kiçikhəcmli 4 ədəd polietilen paketlərdən 1 ədəd qolbaq, 1 ədəd üzük-sırğa cütü dəsti və 6 cüt sırğa aşkar edilib.

    Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən zərgərlik məmulatı kustar və zavod üsulu ilə istehsal olunub, 583, 585 və 750 əyarlı qızıldan hazırlanmış zinət əşyalarıdır və onların ümumi çəkisi 81,33 qram təşkil edir.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi