Azərbaycandan İtaliyaya aparılan 22 ton fındıq Rusiyada saxlanılıb

Azərbaycandan İtaliyaya aparılan 22 ton fındıq Rusiyada saxlanılıb Yük sahibi inzibati məsuliyyətə cəlb edilib
Hadisə
20 Fevral , 2016 21:17
Azərbaycandan İtaliyaya aparılan 22 ton fındıq Rusiyada saxlanılıb

Bakı. 20 fevral. REPORT.AZ/ Fevralın 20-də Dağıstanın Yaraq Qazmalar sərhəd buraxılış məntəqəsində 22 ton fındığın respublika ərazisinə keçirilməsinə icazə verilməyib.

“Report” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin Dağıstan üzrə İdarəsinin saytına istinadən xəbər verir ki, yük Azərbaycandan tranzitlə İtaliya istiqamətində hərəkət edirmiş.

Məlumata görə, məhsulun saxlanılmasına fitosanitar nəzarət zamanı aşkar edilən qanun pozuntuları səbəb olub.

Belə ki, yoxlama zamanı aşkar olunub ki, fitosanitar sertifikatda məhsulun mənşəyi kimi göstərilən ölkə (Azərbaycan) markalanmada mənşəyi göstərilən ölkə ilə (Türkiyə) eyni olmayıb.

Məhsul partiyasında, həmçinin karantin altında olan obyekt - tarla təsərrüfatına böyük ziyan vuran küskütotu toxumu aşkar olunub.

Yük sahibi bununla “Bitki karantini haqqında” qanunu pozmuş olub və inzibati məsuliyyətə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi