Azərbaycandan İrana saxta vizalarla keçmək istəyən 7 Özbəkistan vətəndaşı saxlanılıb

Azərbaycandan İrana saxta vizalarla keçmək istəyən 7 Özbəkistan vətəndaşı saxlanılıb Faktla bağlı əməliyyat və istintaq tədbirləri davam etdirilir
Hadisə
30 Yanvar , 2018 12:03
Azərbaycandan İrana saxta vizalarla keçmək istəyən 7 Özbəkistan vətəndaşı saxlanılıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azər­bay­candan İrana saxta vizalarla keçmək istəyən 7 Özbəkistan vətəndaşı saxlanılıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən məlumat verilib.

Belə ki, yanvarın 27-də qabaqlayıcı əməliyyat məlumatının realizəsi nəticəsində “Şaxtaxtı” sərhəd nəza­rəti məntəqəsində İran İslam Res­pub­li­kasının saxta vizaları ilə Azər­bay­candan İrana keçmək istəyən 7 nəfər Özbəkistan vətəndaşı – 1988-ci il təvəllüdlü Olimova Maqsuda Aydınovna, 1972-ci il təvəllüdlü Mukimova Şaxlo Tolhunova, 1987-ci il təvəllüdlü Saidjanova Nigora Arifovna, 1993-cü il təvəllüdlü Baltayev Olimjan Kominjan, 1993-cü il təvəllüdlü Sanginova Maxiqexraon Muxiddinjon, 1990-cı il təvəllüdlü Axmedova Şaxnozahon Raçiddek saxlanılıb və Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

Faktla bağlı əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi