Azərbaycandan ​İrana qızıl külçə keçirmək istəyən şəxs saxlanılıb

Azərbaycandan ​İrana qızıl külçə keçirmək istəyən şəxs saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
11 İyul , 2016 13:14
Azərbaycandan ​İrana qızıl külçə keçirmək istəyən şəxs saxlanılıb

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycandan İrana qızıl külçə keçirmək istəyən şəxs saxlanılıb.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan vətəndaşının qızıl məmulatı əldə edərək İrana aparacağı barədə əməliyyat məlumatı daxil olub: "Əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda Azərbaycandan İrana piyada gedən Azərbaycan vətəndaşı saxlanılıb və qanunvericiliyə uyğun olaraq onun üzərində şəxsi yoxlama aparılıb. 

Yoxlama zamanı onun üzərindən, xüsusi olaraq hazırlanan müxtəlif ölçülü ciblərdən ibarət parça kəmərin ciblərinin içərisindən, gömrük nəzarətindən gizlədilən 3 ədəd dördbucaqlı formalı, 585 əyarlı, ümumi çəkisi 6 kiloqram 331,20 qram olan külçə qızıl aşkar edilərək götürülüb".

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi