Azərbaycandan Gürcüstana qızıl əşyaları qanunsuz keçirməyə cəhd edən Rusiya vətəndaşı saxlanılıb

Azərbaycandan Gürcüstana qızıl əşyaları qanunsuz keçirməyə cəhd edən Rusiya vətəndaşı saxlanılıb Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” gömrük-keçid məntəqəsində Rusiya vətəndaşı saxlanılıb.
Hadisə
6 Avqust , 2019 15:52
Azərbaycandan Gürcüstana qızıl əşyaları qanunsuz keçirməyə cəhd edən Rusiya vətəndaşı saxlanılıb

Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” gömrük-keçid məntəqəsində Rusiya vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

D.M. adlı vətəndaşın əl yükünə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilmiş ümumi çəkisi 65,58 qram olan qızıl-zinət əşyalar aşkar olunub. Müsadirə olunan qiymətli əşyaların ümumi dəyəri 4 818,23 lari təşki edib.

Gürcüstan qanunvericiliyinə əsasən, Rusiya vətəndaşına qarşı qızıl əşyaların dəyərinə bərabər məbləğdə cərimə sanksiyası tətbiq olunub. 

Son xəbərlər

Orphus sistemi