​Azərbaycandan Dağıstana 400-ə yaxın tutuquşu keçirilməsinin qarşısı alınıb

​Azərbaycandan Dağıstana 400-ə yaxın tutuquşu keçirilməsinin qarşısı alınıb Quşlar Azərbaycan Respublikası ərazisinə geri qaytarılıb
Hadisə
17 Fevral , 2016 22:58
​Azərbaycandan Dağıstana 400-ə yaxın tutuquşu keçirilməsinin qarşısı alınıb

Bakı. 17 fevral. REPORT.AZ/ Rusiya-Azərbaycan sərhədinin Yaraq-Qazmalar buraxılış məntəqəsində 380 ədəd baytarlıq sənədi olmayan tutuquşunun Dağıstan ərazisinə keçirilməsinin qarşısı alınıb.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Dağıstan Respublikası üzrə mətbuat xidməti məlumat yayıb.

Xidmət müfəttişləri yükün daşınması zamanı baytarlıq-sanitar qaydalarının pozulmasına dair akt tərtib ediblər. Quşlar Azərbaycan Respublikası ərazisinə geri qaytarılıb.

Son xəbərlər

Orphus sistemi