Avropaya iri həcmdə heroin aparmaq istəyənlər tutulub

Avropaya iri həcmdə heroin aparmaq istəyənlər tutulub Cinayətkar qrup üzvlərindən təqribən 5 kiloqram heroin götürülüb
Hadisə
7 Yanvar , 2016 04:57
Avropaya iri həcmdə heroin aparmaq istəyənlər tutulub

Bakı. 7 yanvar. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin Stavropol vilayəti üzrə İdarəsi tərəfindən Azərbaycandan Avropa ölkələri ərazisinə iri həcmdə heroin partiyalarının kanallarını təşkil etməkdə şübhəli bilinən Sahib Klepaç və Emil Cəfərovun hüquqazidd fəaliyyətinin qarşısı alınıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxslər heroinin Avropada satışı üçün Stavropolda yükboşaltma məntəqəsi təşkil ediblər.

Əməliyyat-axtarış tədbirləri zamanı cinayətkar qrup üzvlərindən təqribən 5 kiloqram heroin götürülüb.

Stavropolun Oktyabrsk məhkəməsi 25 dekabr 2015-ci il tarixində S.Klepaçı və E.Cəfərovu cəzalarını ciddi rejimli islah müəssisəsində cəkməklə və 250 min rubl həcmində cərimə ödəməklə müvafiq olaraq 6 və 9,6 il müddətinə azadlıqdan məhrum edib.

Son xəbərlər

Orphus sistemi