Azərbaycanda zibil maşını süpürgəçini vurub - FOTO

Azərbaycanda zibil maşını süpürgəçini vurub - FOTO Yaralı sürücü tərfindən xəstəxanaya yerləşdirilib
Hadisə
8 Sentyabr , 2015 12:37
Azərbaycanda zibil maşını süpürgəçini vurub - FOTO

Bakı. 8 sentyabr. REPORT.AZ/ Gecə saat 2 radələrində Gəncənin Nizami prospektində piyadavurma hadisəsi baş verib. "Report" xəbər verir ki, Şəhər Təmizlik İdarəsinin süpürgəçisi 32 yaşlı Rəsmiyyə İsmayılova yolu süpürərkən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) maşını tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan qadın hadisəni törədən sürücü Mehman Əliyev tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilərək reanimsiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi