Azərbaycanda zəlzələ olub - YENİLƏNİB

Azərbaycanda zəlzələ olub - YENİLƏNİB Lerik. 27 iyun. REPORT.AZ/ Yerli vaxtla saat 02:20-də, Lənkərandan 12 km qərbdə, Lerik ərazisində zəlzələ qeydə alınıb.
Hadisə
27 İyun , 2018 02:35
Azərbaycanda zəlzələ olub - YENİLƏNİB

Lerik. 27 iyun. REPORT.AZ/ Yerli vaxtla saat 02:20-də, Lənkərandan 12 km qərbdə, Lerik ərazisində zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 4,5, dərinliyi 9 km olub. 


***02:26

Azərbaycanın cənub bölgəsində zəlzələ olub.

"Report"un yerli bürosu xəbər verir ki, yeraltı təkanlar təxminən 3,5-4 bal gücündə qeydə alınıb.

Zəlzələ digər rayonlarda da hiss edilib. 

Son xəbərlər

Orphus sistemi