Yuxarı
    Bağlamaq

    Azərbaycanda yuyucu vasitələrin içərisində gizlədilmiş dərman preparatları aşkar edilib

    Faktla bağlı araşdırma aparılır© Report.az

    Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan gömrükçüləri güclü təsirə malik maddələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

    Bu barədə “Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

    Məlumata görə, Astara Gömrük İdarəsində İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib. Yoxlama zamanı, 12 ədəd yuyucu vasitənin içərisində, istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1250 ədəd olan "T-Dol-200 Tramadol Hydrochloride Tablets 200mq" adlı dərman preparatı aşkar edilib.

    Xatırladaq ki, tramadol "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir və aşkar olunan 1250 ədəd dərman preparatında tramadolun təsiredici maddəsinin ümumi miqdarı 250 qram təşkil edir.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi