Azərbaycanda yeniyetmə çoban quldurların hücumuna məruz qalıb

Azərbaycanda yeniyetmə çoban quldurların hücumuna məruz qalıb Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
6 Oktyabr , 2016 15:30
Azərbaycanda yeniyetmə çoban quldurların hücumuna məruz qalıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanda yeniyetmə çoban quldurların hücumuna məruz qalıb.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu Müşfiqabad qəsəbəsi, Sevil massivində qeydə alınıb.

Orada yerləşən otlaq sahəsində çoban kimi fəaliyyət göstərən 1999-cu il təvəllüdlü Bərdə rayon sakini Hüseynov Cəmaləddin Əlipənah oğlu tanımadığı şəxslərin hücumuna məruz qalıb. Belə ki, 4 nəfər gələrək C.Hüseynovdan onlara otardığı quzulardan birini verməyi tələb edib. C.Hüseynov buna etiraz edən zaman, naməlum şəxslər çobanın əl-qolunu bağlayaraq onu döyməyə başlayıblar. Bundan sonra sürüdən 4 baş qoyun götürərək ərazini tərk ediblər.

Zərərçəkən C. Hüseynovun ifadəsinə görə, naməlum şəxslər qoyunları “VAZ 2106” və “VAZ 2107” markalı avtomobilə aparıblar. Lakin qaranlıq olduğundan və döyüldüyündən C. Hüseynov avtomobillərin dövlət qeydiyyat nişanını görə bilməyib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi