​Azərbaycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub

​Azərbaycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub Məntəqənin əməkdaşları basqınçılara müqavimət göstərib
Hadisə
24 Dekabr , 2015 11:35
​Azərbaycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub

Bakı. 24 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. “Report” xəbər verir ki, hadisə rayonun Alar kəndində yerləşən “Alpetrol” yanacaqdoldurma məntəqəsində baş verib.

Məntəqənin əməkdaşları basqınçılara müqavimət göstərib. Bu səbəbdən də basqınçılar heç nə əldə edə bilməyib, onlar əllərindəki silahdan bir neçə dəfə atəş açaraq qaçıblar. Atəş nəticəsində məntəqənin şüşələri qırılıb.

Faktla bağlı araşdırma aparılır. Hadisə yerindən gilizlər aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi