Azərbaycanda yanacaq daşıyan avtomobildə külli miqdarda siqaret aşkar edilib

Azərbaycanda yanacaq daşıyan avtomobildə külli miqdarda siqaret aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
24 May , 2017 13:22
Azərbaycanda yanacaq daşıyan avtomobildə külli miqdarda siqaret aşkar edilib

Bakı. 24 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən külli miqdarda tütün məmulatı aşkar ediblər.

“Report” DGK-ya istinadən xəbər verir ki, idarənin "Qoşa Təpə" gömrük postunda İran ərazisindən tranzit keçməklə Naxçıvan MR-dan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Kamaz" markalı yanacaq daşıyan çənli yük avtomobilinə xidməti axtarış itinin tətbiqi ilə baxış keçirilib.

Xidməti itin reaksiyası əsasında, avtomaşının qoşqusu ətraflı yoxlanılıb. Nəticədə, qoşqunun orta hissəsində, döşəmə ilə çənin arasındakı boşluqda, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan cəmi 31.000 ədəd "D&J" və "Manchester" adlı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi