Azərbaycanda xarici ölkə vətəndaşları barəsində cinayət işi başlanıb

Azərbaycanda xarici ölkə vətəndaşları barəsində cinayət işi başlanıb Onlar qanunsuz beynəlxalq rabitə xidməti ilə məşğul olmaqda şübhəli bilinirlər
Hadisə
21 Aprel , 2015 18:41
Azərbaycanda xarici ölkə vətəndaşları barəsində cinayət işi başlanıb

Bakı. 21 aprel. REPORT.AZ/ Ayrı-ayrı xarici ölkə vətəndaşlarının xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan Bakı şəhərində kirayə götürdükləri mənzillərdə xüsusi avadanlıqlar quraşdırmaqla beynəlxalq rabitə xidmətləri təşkil edərək dövlətə külli miqdarda ziyan vurmalarına dair Milli Təhlükəsizlik Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, araşdırmalar zamanı qeyd olunan qanunsuz əməlləri həyata keçirməklə Ukrayna Respublikası vətəndaşının 25 min 571 manat, İran İslam Respublikası vətəndaşlarının 7 min 323 manat, Rusiya Federasiyası vətəndaşının 40 min 692 manat, Gürcüstan Respublikası vətəndaşlarının 2 min 878 manat məbləğində dövlətə ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 192.2.1-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi