​Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında həbs olunub

​Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında həbs olunub “Məsləhətləşmələrdən sonra yəqin ki, apelyasiya şikayəti verəcəyik”
Hadisə
19 Fevral , 2015 18:01
​Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında həbs olunub

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Səbail rayon Məhkəməsində “Azər Mühafizə” MMC-nin Qazax regional filialının rəhbəri Elxan İsmayılova açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

“Report”un xəbərinə görə, Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsilə (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) ittiham olunan E.İsmayılov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

E.İsmayılovun vəkili Sadiq Əfəndiyev “Report”a açıqlamasında həbs qətimkan tədbiri ilə razılaşmadıqlarını bildirib: “Məsləhətləşmələrdən sonra yəqin ki, apelyasiya şikayəti verəcəyik”.

Qeyd edək ki, bundan əvvəl “Qala-BTX” və "Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib. Belə ki, qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldatması, onlardan müxtəlif məbləğlərdə pullar alıb, həmin şəxslərə 2014-cü ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən verərək, sonradan isə pulu mənimsəyərək dələduzluq yolu ilə zərərçəkmişlərə xeyli miqdarda zərər vurmasında şübhələr üçün əsaslar olduğundan V.Hüseynova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Son xəbərlər

Orphus sistemi