Azərbaycanda vətəndaş yol polislərindən pul alarkən saxlanılıb

Azərbaycanda vətəndaş yol polislərindən pul alarkən saxlanılıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
9 Oktyabr , 2015 13:19
Azərbaycanda vətəndaş yol polislərindən pul alarkən saxlanılıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanda vətəndaş yol polislərindən pul alarkən saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.

Belə ki, oktyabrın 8-də Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Ramal Ağammədov və Rauf Əzimov raportla müraciət edərək Cəlilabad rayon sakini Xəyal Əmirovun oktyabrın 6-da onlara zəng edib guya rüşvət almalarını videoya çəkməsini deyərək onlardan pul tələb etməsini bildiriblər.

Görülmüş tədbirlərlə X.Əmirov polis əməkdaşlarından 3000 manat alarkən tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi