Yuxarı

​Azərbaycanda vətəndaş polisə xəsarət yetirib

Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır

Bakı. 31 mart. REPORT.AZ/ Astara şəhərində Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan “Kia” markalı avtomobilin sürücüsü Seymur Əliyevə yaxınlaşıb sənədlərini təqdim etməsini tələb edib. “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, tabeçilik göstərməmiş S.Əliyev avtomobili hərəkətə gətirib, A.Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra düşərək hadisə yerini tərk edib.

A.Hüseynovun avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram antefamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi