Azərbaycanda və Rusiyada dələduzluq etdiyinə görə axtarışda olan şəxs tutulub

Azərbaycanda və Rusiyada dələduzluq etdiyinə görə axtarışda olan şəxs tutulub Araşdırma zamanı onun Rusiyanın Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə axtarışda olması da müəyyən edilib
Hadisə
18 Noyabr , 2015 13:40
Azərbaycanda və Rusiyada dələduzluq etdiyinə görə axtarışda olan şəxs tutulub

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanda və Rusiyada dələduzluq etdiyinə görə axtarışda olan paytaxt sakini tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Pərizad Əzizova 2013-cü ilin fevral ayında paytaxt sakini Eldar Behbudovun onun etimadını qazanıb 5200 manatını alması barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edib.

Araşdırma zamanı E.Behbudovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Behbudov tutulub.

Son xəbərlər

Orphus sistemi