​Azərbaycanda və Gürcüstanda axtarışda olan şəxs üçüncü ölkəyə qaçarkən saxlanılıb

​Azərbaycanda və Gürcüstanda axtarışda olan şəxs üçüncü ölkəyə qaçarkən saxlanılıb Hazırda Zakir İbayevin Azərbaycana ekstradisiya məsələsi həll olunur
Hadisə
356
18 Noyabr , 2015 10:22
​Azərbaycanda və Gürcüstanda axtarışda olan şəxs üçüncü ölkəyə qaçarkən saxlanılıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycanda bir ilə yaxındır adam öldürməyə, quldurluğa və qanunsuz silah gəzdirməyə görə axtarışda olan şəxs Gürcüstan sərhədində saxlanılıb.

“Report”un xəbərinə görə, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin üç maddəsi ilə axtarışda olan 1965-ci il təvəllüdlü Zakir İbayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi və Azərbaycan DİN-in Gürcüstan Respublikasındakı nümayəndəliyinin birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gürcüstan dövlət sərhədini keçərkən saxlanılıb.

Onun barəsində həbs qətimkan tədbiri seçilərkən müəyyən edilib ki, Z.İbayev haqqında Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 344 (sərhədi qanunsuz keçmə) və 362-ci (saxta sənəd) maddələri ilə də cinayət işi başlanılıb.

Hazırda Zakir İbayevin Azərbaycana ekstradisiya məsələsi həll olunur.

Qeyd edək ki, Z.İbayev 2014-cü ilin dekabrın 16-dan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120 (adam öldürmə), 181 (quldurluq) və 228-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə axtarışda olub.

Son xəbərlər

Orphus sistemi