Azərbaycanda üç nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb

Azərbaycanda üç nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb Hər üç faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
2 Avqust , 2016 12:18
Azərbaycanda üç nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb

Şirvan. 2 avqust. REPORT.AZ/ Azərbaycanda üç nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb. "Report"  xəbər verir ki, avqustun 1-də Şirvan şəhərində yaşayan Mədinə Kərimovanı elektrik cərəyanı vurub. M.Kərimova hadisə yerində ölüb. 

Sabirabad rayonunda isə Güllü Baxışovanı elektrik cərəyanı vurub və o, ölüb.

Daha bir elektrik cərəyanı vurması Neftçala rayonunda qeydə alınıb. Belə ki, rayon sakini Teymur Abışovu elektrik cərəyanı vurub, o hadisə yerində ölüb.

Hər üç faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi