Azərbaycanda üç nəfər dərmandan və kimyəvi məhluldan zəhərlənib, onlardan biri ölüb

Azərbaycanda üç nəfər dərmandan və kimyəvi məhluldan zəhərlənib, onlardan biri ölüb Zəhərlənənlərdən biri azyaşlıdır
Hadisə
7 İyul , 2016 11:00
Azərbaycanda üç nəfər dərmandan və kimyəvi məhluldan zəhərlənib, onlardan biri ölüb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanda üç nəfər dərmandan və kimyəvi məhluldan zəhərlənib. 

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, iyulun 5-də Binəqədi rayonunun Fatmayı bağlar sahəsində yaşayan Tariyel Qurbanov dərmandan və spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Anoloji hadisə iyulun 5-də Xəzər rayonunun Binə qəsəbəsində də baş verib. Həmin ərazidə yaşayan Əmiraslan Nəzərov dərmandan, iyulun 6-da Gəncə şəhərində yaşayan azyaşlı Fərid Babazadə kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi