Azərbaycanda üç kişi bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda üç kişi bədbəxt hadisə nəticəsində ölüb Onlardan birinin başına qapı tiri düşüb
Hadisə
19 Avqust , 2016 12:43
Azərbaycanda üç kişi bədbəxt hadisə nəticəsində ölüb

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanda üç nəfər bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, avqustun 18-də Ağdam rayon sakini 72 yaşlı İldırım Məmmədov 1-ci Dördyol qəsəbəsindəki evlərdən birinə evinə elektrik xətti çəkərkən nərdivandan yıxılması nəticəsində ölüb.

Digər bədbəxt hadisə avqustun 18-də Nərimanov rayonu ərazisində qeydə alınıb. Belə ki, adıçəkilən ərazidə yerləşən yeni inşa edilən binalardan birində, orada fəhlə işləyən Abşeron rayon sakini Hüseyn Hüseynov ehtiyatsızlığı nəticəsində 14-cü mərtəbədən yıxılaraq ölüb.

Daha bir hadisə Xəzər rayonunun Buzovna qəsəbəsindəki olub. Avqustun 18-də Xəzər rayonunun Buzovna qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Müqabil Hacıyevin başına futbol qapısının tiri düşməsi nəticəsində ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi