Azərbaycanda tutulan FETÖ-çünün məhkəməsi təxirə salınıb

Azərbaycanda tutulan FETÖ-çünün məhkəməsi təxirə salınıb Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
19 Aprel , 2018 13:17
Azərbaycanda tutulan FETÖ-çünün məhkəməsi təxirə salınıb

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Mustafa Ceyhanın müdafiəsinə yeni vəkillərin - Elvin Səlimov və Tural Əmənovun qoşulduğu elan olunub. E.Səlimov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən işə qoşulub.

M.Ceyhan məhkəmədən bildiriş almağını və prosesin təxirə salınmasını istəyib.

Dövlət ittihamçısı qeyd edib ki, M.Ceyhanın həbs müddəti başa çatıb. O, Türkiyə vətəndaşının həbs müddətinin uzadılmasını istəyib. Bundan başqa, prokuror Azərbaycanın Dövlət Mirqarsiya Xidmətinə sorğu göndərilməsini istəyib.

Proses aprelin 20-dək təxirə salınıb.

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilərək, barsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə Mustafa Ceyhan Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.

Son xəbərlər

Orphus sistemi