Azərbaycanda tutulan FETÖ-çünün həbs müddəti uzadılıb

Azərbaycanda tutulan FETÖ-çünün həbs müddəti uzadılıb Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
20 Aprel , 2018 10:59
Azərbaycanda tutulan FETÖ-çünün həbs müddəti uzadılıb
Report

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının ötən iclasda verdiyi vəsatət müzakirə edilib.

Məhkəmə vəsatəti təmin edilib. M.Ceyhan barəsində seçilmiş həbs müddəti uzadılıb.

Məhkəmənin növbəti iclası aprelin 30-a təyin edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsin həbs müddətinin uzadılmasını və onunla bağlı Dövlət Miqrasiya Xidmətinə və BMT-yə soruğu verilməsini istəmişdi.

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda ittiham edilərək, barsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə Mustafa Ceyhan Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.

Son xəbərlər

Orphus sistemi