Bakı. 26 dekabr. REPORT.AZ/ Türkiyə vətəndaşı Azərbaycanda avtomobil qəzası törədib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Göyçay rayonunun Mallı-Şıxlı kəndində Türkiyə vətəndaşı Cüneyt Gök Sabri idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Şəhadət kənd sakini Şahin Süleymanovu vurub. Ş.Süleymanov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.