Azərbaycanda turizm obyektlərinin işçiləri tələbləri pozduqları halda məsuliyyətə cəlb olunacaq

Azərbaycanda turizm obyektlərinin işçiləri tələbləri pozduqları halda məsuliyyətə cəlb olunacaq Bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində əksini tapıb
Hadisə
4 Noyabr , 2016 12:47
Azərbaycanda turizm obyektlərinin işçiləri tələbləri pozduqları halda məsuliyyətə cəlb olunacaq

Bakı. 4 noyabr. REPORT.AZ/ Turizm qanunvericiliyinin pozulması cinayət, inzibati və mülki-hüquqi məsuliyyətə səbəb olacaq.

“Report”un xəbərinə görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını pozduqlarına, o cümlədən xidmət göstərmə qaydalarını və tələblərini pozduqlarına görə, intizam məsuliyyətinə cəlb olunacaq. Bunun üçün turizm infrastrukturu subyektləri daxili intizam qaydalarını yazılı surətdə təsdiq edən əməkdaşların nəzərinə çatdırdıqdan sonra intizam pozuntusuna yol vermiş əməkdaşları intizam məsuliyyətinə cəlb edilə bilər. Bu cür qaydalar olmadıqda əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi qadağandır.

Son xəbərlər

Orphus sistemi