Yuxarı

​Azərbaycanda tikinti şirkətinin rəhbərini öldürən qardaşlar apellyasiya şikayəti verib

İşə hakim Qail məmmədovun sədrliyi ilə baxılacaq

Bakı. 6 avqust. REPORT.AZ/ Bakıda “Azər-Ross” MTK-nın rəhbərini qətlə yetirməkdə təqsirləndirilən Sahil və Şamil Nofəl oğlu Şamilov qardaşlarının barələrində olan hökmdən apellyasiya şikayəti verilib.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası avqustun 9-na təyin edilib.

İşə hakim Qail məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittiham aktına əsasən, qətl hadisəsi 2011-ci il iyulun 11-i saat 13:00 radələrində paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində baş verib. Qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılmış atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.

Aparılan əməliyyat araşdırmaları zamanı məlum olub ki, Ə.Piriyevin kooperativdə olan payını ələ keçirmək üçün şirkətin həmtəsisçilərdən biri Hümbət Məmmədov onu öldürmək qərarına gəlib. H.Məmmədov bu məqsədlə Rusiya vətəndaşı Tofiq Bəkirovu Bakıya dəvət edib. Həmin şəxslər may ayının sonlarında görüşüb, qətlin ilkin olaraq 36 min ABŞ dolları müqabilində həyata keçirilməsinə razılq əldə ediblər.

Aha sonra TşBəkirov sifarişin yerinə yetirilməsini həmyerlisi Fərman Hacıyevə tapşırıb. O, isə cinayətin icrasına tanışları Sahil və Şamil Şamilov qardaşlarını cəlb edib. Nəticədə, həmin şəxslər iyulun 11-də aldatma yolu ilə Ə.Piriyevin iş otağına daxil olub onu öldürüb, Ə.Əhmədovu isə ağır yaralayıb hadisə yerindən qaçıblar.

Cinayətin iştirakçılarının müəyyən edilib saxlanılması üzrə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Gürcüstanın müvafiq dövlət orqanı ilə beynəlxalq müqavilələrə uyğun qarşılıqlı hüquqi yardım çərçivəsində birgə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində F.Hacıyev və S.Şamilov Gürcüstanda yaxalanıb. Digər üç nəfər, o cümlədən H.Məmmədov, T.Bəkirov və Ş.Şamilov isə Bakı şəhərində tutulublar.

Həmin şəxslər 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.5-ci (qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 29, 120-ci 120.2.7-i (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunublar.

2013-cü ilin iyul ayının 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və V.Qurbanov ömürlük, T.Bəkirov 14 il, F.Hacıyev 14 il 6 ay, Sahil və Şamil Şamilov qardaşları isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan qardaşlar apellyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi