Azərbaycanda şirkətdən içərisində 80 min manat olan seyf oğurlanıb

Azərbaycanda şirkətdən içərisində 80 min manat olan seyf oğurlanıb İlkin məlumatlara görə, basqınçılar iki nəfər olub
Hadisə
29 Sentyabr , 2016 12:09
Azərbaycanda şirkətdən içərisində 80 min manat olan seyf oğurlanıb

Gəncə. 29 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində maskalı şəxslər şirkətə basqın ediblər.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Ü.Hacıbəyli küçəsində baş verib.

Belə ki, naməlum şəxslər orada yerləşən şirkətin gözətçisini döyüblər və sonra isə içərisində 80 min manat olan seyfi özləri ilə aparıblar. 

İlkin məlumatlara görə, basqınçılar iki nəfər olub.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, ötən axşam baş verən hadisə ilə bağlı əməliyyat-axtarış qrupu yaradılıb. 

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi