Lənkəran. 19 sentyabr. REPORT.AZ/ Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsinin bıçaqlanma hadisəsi ilə bağlı təhsil müəssisəsinin mətbuat xidmətindən açıqlama verilib.
Mətbuat xidmətindən "Report"un Cənub bürosuna bildirilib ki, hadisə universitetin həyətində deyil, küçədə baş verib. Belə ki, Astara rayon sakini, universitetin İnformatika ixtisası üzrə məzunu olmuş Elçin Baxşıyevlə IDU-nun eyni ixtisası üzrə 3-cü kursunda oxuyan Lənkəran rayon sakini Zəka Həmidov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə E.Baxşıyev Z.Həmidova bıçaqla xəsarət yetirib. Özü isə hadisə yerindən qaçıb. Arterial damarın kəsilməsi səbəbindən çoxlu qan itirən Z.Həmidov yoldaşları tərəfindən Lənkəran Rayon mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisəni törədən şəxsin saxlanılaraq istintaqa cəlb olunması istiqamətində tədbirlər görülür.
*** 09:56
Lənkəran. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanda tələbə universitetin həyətində bıçaqlanıb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran Dövlət Universitetinin (LDU) həyətində baş verib.
Belə ki, universitetin 3-cü kurs tələbəsi Zəka Həmidov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralı çoxlu qan itirib və vəziyyəti ağırdır.