Azərbaycanda tanınmış QHT sədri yol qəzasında həlak olub

Azərbaycanda tanınmış QHT sədri yol qəzasında həlak olub Qəza N.Quliyev Beyləqan rayonundan Bakıya gələrkən baş verib
Hadisə
19 Avqust , 2016 22:38
Azərbaycanda tanınmış QHT sədri yol qəzasında həlak olub

Bakı. 19 avqust. REPORT.AZ/ “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev yol qəzasında həyatını itirib.

Bu barədə "Report"a mərhumun həyat yoldaşı məlumat verib.

O, qəzanın N.Quliyevlə Beyləqan rayonundan Bakıya gələrkən baş verdiyini bildirib. Qadının sözlərinə görə, hadisə baş verən zaman onların içərisində olduqları avtomobil heç bir maneəyə və ya maşına toxunmadan aşaraq iki dəfə çevrilib. Nəticədə N.Quliyev kəllə-beyin travması alıb. Beyninə qan sızan QHT rəhbəri dünyasını dəyişib.

Mərhumun həyat yoldaşı özünün də qol nahiyəsindən yüngül xəsarət aldığını deyib.

Qeyd edək ki, N.Quliyev 1975-ci il təvəllüdlüdür.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi