Azərbaycanda sürücünü bıçaqla hədələyib maşınını alıblar

Azərbaycanda sürücünü bıçaqla hədələyib maşınını alıblar Həmin şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
10 Yanvar , 2015 15:37
Azərbaycanda sürücünü bıçaqla hədələyib maşınını alıblar

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakı şəhər sakini Natiq İsayevi bıçaqla hədələyib idarə etdiyi maşını alan şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri aparılır. "Report" Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, yanvarın 10-da paytaxtın Binəqədi qəsəbəsinin ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Natiq İsayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilə sərnişin qismində oturub Ələt qəsəbəsinə gedəcəklərini bildiriblər. Ələt qəsəbəsinin ərazisində onlar N.İsayevi bıçaqla hədələyərək avtomobili ondan alıb hadisə yerindən uzaqlaşıblar. Hazırda Qaradağ Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

Son xəbərlər

Orphus sistemi