Azərbaycanda son bir ayda zərərsizləşdirilmiş mina və PHS-lərin sayı açıqlanıb

Azərbaycanda son bir ayda zərərsizləşdirilmiş mina və PHS-lərin sayı açıqlanıb Ötən ay ərzində bir mina/PHS hadisəsi qeydə alınıb
Hadisə
4 Avqust , 2015 19:07
Azərbaycanda son bir ayda zərərsizləşdirilmiş mina və PHS-lərin sayı açıqlanıb

Bakı. 4 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində 4,733,250 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə "Report"a ANAMA-nın mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, son bir ayda 155 ədəd Partlamamış Hərbi Sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. 

İndiyədək cəmi 296,137,250 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,032-dir.

Minadan zərərçəkənlərin statistikasına gəlincə, qeyd olunan bir ay ərzində bir mina/PHS hadisəsi qeydə alınıb.

Xatırladaq ki, əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

Son xəbərlər

Orphus sistemi