Azərbaycanda son 5 ildə qadınlara qarşı törədilən cinayət faktlarının statistikası açıqlanıb

Azərbaycanda son 5 ildə qadınlara qarşı törədilən cinayət faktlarının statistikası açıqlanıb Oruc Zalov "Bu dövr ərzində müvafiq cinayətlərin dinamikasında azalma müşahidə olunub"
Hadisə
25 Noyabr , 2014 12:27
Azərbaycanda son 5 ildə qadınlara qarşı törədilən cinayət faktlarının statistikası açıqlanıb

Bakı. 25 noyabr. REPORT.AZ/ "Son beş ildə Azərbaycanda qadınlara qarşı 30 277, o cümlədən zorakılıqla bağlı 18 486 cinayət qeydə alınıb". "Report"un xəbərinə görə, bunu Azərbaycan daxili İşlər nazirinin müavini Oruc Zalov Gender zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyası çərçivəsində keçirilən "Qadınlara səlahiyyət, Cəmiyyətə tərəqqi" adlı konfransda deyib.

Onun sözlərinə görə, həmin dövr ərzində müvafiq cinayətlərin dinamikasında azalma müşahidə olunub.

Nazir müavini bildirib ki, bu hüquqa zidd əməllərə görə, 18 948 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub: "Cari ilin 9 ayında isə qadınlara qarşı 4 195, o cümlədən zorakılıqla bağlı törədilən 1 687 cinayət faktı qeydə alınıb. 2 024 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Cinayətlərin 23 faizi və yaxud hər beş hadisədən biri ailə-məişət münaqişəsi zəminində baş verib.

O.Zalov bildirib ki, son beş ildə qadınlara qarşı baş verən 30 min 277 cinayətin 6933-ü 2009-cu ildə, 6507-si 2010-cu ildə, 6705-i 2011-ci ildə, 5478-i 2012-ci ildə, 4654-ü 2013-cü ildə qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi