Yuxarı

Azərbaycanda şirkət rəhbərliyinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb

Azərbaycanda şirkət rəhbərliyinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanda şirkət rəhbərliyinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

“Report”un əldə etdiyi məlumata görə, Azərbaycan Vergilər Nazirliyinin (VN) 2 saylı Ərazi Vergilər Departamenti “Sumqayıt Aşqarlar” ASC-nin rəhbəri Cavad Xamməd oğlu Cavadovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət edib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə ərizə təmin olunub. Qərardan narazı qalan C.Cavadov apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi